Mədəniyyət

“Zəlimxan Yaquba haqsızlıq etdik, şeirini toy mahnısına çevirdik”

“Xalq olaraq Zəlimxan Yaquba böyük haqsızlıq etdik”.

AzToday.az xəbər verir ki, bunu həkim-cərrah Vasif İsmayıl deyib. O bildirib ki, Azərbaycanın klassik şairlərinin şeirlərinə gözəl romanslar, mahnılar bəstələnib:

“Amma Zəlimxan Yaqubun Azərbaycan şeirinin klassikasına çevrilmiş “Bu yaşıl ağacın altı bizimdir” şeirini toy mahnısına çevirdik. Azərbaycanda sənətə hörmət edən bəstəkar varsa, mütləq bu şeirə ciddi mahnı yazmalıdır”.

Bənzər yazılar

Back to top button