ManşetSiyasət

Həmsədrlər Bakını nizamlanma danışıqlarını bərpa etməyə razılaşdırmaq istəyirlər

ATƏT-in Minsk Qrupu formatı aktuallığını qoruyub saxlayır? TASS agentliyinin bu sualına Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko belə cavab verib:

“Deməzdim ki, ATƏT-in Minsk Qrupu boş dayanır. Əlaqələr davam etdirilir, bəlkə o qədər də açıq şəkildə deyil, amma yenə də davam etdirilir. Və bizim Minsk Qrupu həmsədrimiz Bakıya və Yerevana səfər edib, orada bir sıra görüşlər, o cümlədən yüksək səviyyədə görüşlər keçirib.

Hazırda həmsədrlər üçlüyü Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşlər planlaşdırır: bir-biri ilə görüşlər və Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşlər. Bu, baş tutarsa, iki ölkə arasında normallaşma prosesinin praktiki şəkil aldığının yaxşı əlaməti olardı. Biz Minsk Qrupunu sülh prosesi yolunda irəliləməyin mühüm aləti kimi dəyərləndiririk”. (Turan)

Bənzər yazılar

Back to top button