Daha bir siyasi mühacirin yeznəsi cəzalandırıldı

Print Friendly, PDF & Email

Siyasi mühacir Saday Kerimovun yeznəsi Həsənov Şahlar Cavanşir oğlu saxlanılıb.

Bu barədə məlumatı Saday Kərimov verib. Onun sözlərinə martın 6-da axşam 9 radələrində Hövsanda yaşayan bacısının yoldaşı 30-cü polis bölməsinə aparılıb. Orda səhərə kimi saxladıqdan sonra, Sabunçu rayon məhkəməsinə aparılıb.

Şahlar Həsənova məhkəmənin polisə müqavimət ittihamı ilə 10 gün inzibati həbs cəzası verilib. Hazırda Rəsulzadə qəsəbəsində yerləşən müvəqqəti saxlama təcridxanasında saxlanılır.