Siyasət

Haber7 Rusiyanın Türkiyəyə qarşı atdığı üç addımdan yazdı

Haber7 portalında Rəcəb Ərdoğan və Vladimir Putinin 29 sentyabrda Soçidə keçiriləcək görüşü ilə bağlı məqalə yer alıb. Məqalədə türkiyəli politoloq Taha Dağlı Rusiyanı kürdləri dəstəkləməkdə və İdlibi bombalamaqda günahlandırıb. Rusiya kürdlərə mümkün muxtariyyət barədə siqnal göndərir. Türkiyədə qatı terrorçu sayılan kürd liderlərindən İlham Əhmədin Moskvada qonaq olaraq qəbul edildiyi də məqalədə qeyd olunur.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın Mk.ru saytı yazıb.

Məqalədə deyilir: “Başqa sözlə, ruslar on gün ərzində Türkiyəyə qarşı üç addım atdılar”. Rusiyanın Türkiyəyə qarşı aqressiv olduğu vurğulanır. Dağlı bildirib ki, bu, böyük dərəcədə Türkiyənin Ukraynaya dəstəyi, Ankaranın Krımla bağlı mövqeyi və Kiyevin NATO-ya qoşulması ilə bağlıdır.

Həmçinin Rusiya Əfqanıstanda Türkiyənin güclənməsindən narahatdır. “ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanda ortaya çıxan yeni tənlik Rusiya tərəfindən təhlükə olaraq qəbul edilir və bu yeni tənlikdə Rusiya deyil, Türkiyə üstünlük təşkil edir”, – müəllif vurğulayır.

Türkiyə Moskvanın Suriyada kürdlərlə əlaqə axtarışına cavab olaraq Suriya müxalifətinə və islamçılara güvənir. Üstəlik, ABŞ və Rusiya arasında bu mövzuda bəzi yaxınlaşmalar belə nəzərə çarpır. Bütün bunlar alovlanma vəd edir. Politoloq əlavə edib: “İdlibdə Rusiyanın rus ruleti oynamağa davamlı cəhdləri Türkiyəni ağır bədəl ödəməyə məcbur edə bilər”.

Bənzər yazılar

Back to top button