Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları görüşdü

by Aztoday Xəbər Portalı

MDB Baş Prokurorları Koordinasiya Şurasının Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən 31-ci iclası çərçivəsində bu gün Azərbaycan, Rusiya və Ermənistan prokurorluq rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Rusiya tərəfin təşəbbüsü ilə keçirilən görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin həyata keçirilməsi məsələləri, habelə hüquqi sahədə qarşılıqlı fəaliyyət mexanizmləri müzakirə olunub, bu barədə Azərbaycan Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Öz növbəsində, RF Baş Prokurorluğu görüşdə Rusiya baş prokuroru İqor Krasnovun “tərəflərin Dağlıq Qarabağda qanunun aliliyinin möhkəmləndirilməsi üzrə gördükləri işlərin böyük nəticələrindən” bəhs etdiyini bildirib.

“O, informasiya mübadiləsi kanalı kimi, o cümlədən törədilmiş pozuntular haqqında siqnalları ötürmək üçün Dağlıq Qarabağa təhkim olunmuş Rusiya hərbi prokurorlarına müraciət etmək imkanından daha intensiv istifadə etməyə, o cümlədən vətəndaşların doğma yurdlarına qaytarılması üzrə işləri davam etdirməyə çağırıb.

Bənzər Yazılar