İdman

Braziliyalı ulduz London klubunu tərk edəcək – Yeni komandası da bilinir

Braziliyalı müdafiəçi Tyaqo Silva “Çelsi”dən ayrılmaq qərarına gəlib.

Fanat.az xəbər verir ki, informasiyanı Braziliyanın “Globo” nəşri yayıb.

Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu karyerasını vətənində başa vurmaq niyyətindədir.

Tyago Silva “Fluminense”yə gedəcək. Onun “Çelsi” ilə müqaviləsi gələn ilin yayında bitdiyi üçün Braziliya klubu müdafiəçini pulsuz əldə edəcək.

Xatırladaq ki, Tyaqo Silva 2006-2009-cu illərdə “Fluminense”də çıxış edib və bundan sonra Avropa futboluna üz tutub.

Bənzər yazılar

Back to top button