İdman

Əfsanəvi Dieqo Maradona dünyasını dəyişdi

Dünya futbol əfsanəsi Dieqo Armando Maradona vəfat edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, argentinalı dünya çempionu 60 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, Maradona 11 noyabrda xəstəxanadan evə yazılmışdı. O, subdural hematomadan əməliyyat olunmuşdu.

Bu gün Maradona ağır vəziyyətdə yenidən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, D.Maradona karyerası ərzində Argentinanın, İspaniyanın və İtaliyanın bir neçə məşhur klubunda çıxış edib. Yığmada 91 oyun keçirən Maradona 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatınatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub..

2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.

Bənzər yazılar

Back to top button