Siyasət

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərii partladır?

Dünən Tərtər ərazisində eşidilən partlayış səsləri ilə bağlı tanınmış hərbi ekspert Ədalət Verdiyev danışıb.

AzToday.az Moderator.az-a istinadən xəbər verir ki, ekspert qeyd edib ki, bu partlayışlar Ağdərədə baş verib:

“Son 3 gün ərzində Tərtər ərazisində eşidilən və Ağdərədə baş verdiyi ehtimal olunan partlayışlar Rusiya sülhməramlıları tərəfindən erməni mövqelərinin Ağdərə istiqamətində geri çəkilməsi ilə bağlıdır. Bu partlayışlar Rusiya sülhməramlılarının həmin ərazilərdə erməni mövqelərini partlatması ilə əlaqədardır.

Bu günə qədər general Kosobokov həmin vəzifəyə təyin olunan gündən 10 ədəd erməni mövqeyi bu yolla tamamilə havaya sovrulub. Hazırda partladılan erməni mövqelərinin səsi də Ağdərə və Tərtər ərazilərində aydın şəkildə eşidilir. Partladılan mövqelərdə olan erməni silahlıları Ağdərə qəsəbəsinin mərkəzinə doğru mövqelərini dəyişib”.

Bənzər yazılar

Back to top button