Dünya

ABŞ-da şirkətlər üçün Tesla qiymətinə mükəmməl robot buraxıldı (VİDEO)

“Boston Dynamics” robotunun satışını ABŞ-dakı şirkətlərə açıq elan edib.

Qaynarinfo xəbər verir ki, sözügedən robotlar inşaat sahələrində, elektrik stansiyalarında, istismardan çıxarılmış nüvə obyektlərində, fabriklərdə və laboratoriyalarda istifadə edilə bilər.

“Spot” robotunun qiyməti 74.5 min dollardır – Tesla Model S avtomobili də təxminən eyni qiymətə başa gəlir.

“Boston Dynamics”dən deyildiyi kimi, robot həftədə 20 iş saatına qənaət etməyə kömək edir. Bunu robotlar Denver beynəlxalq hava limanında yeni bir terminalın qurulması zamanı lazer skanı və panorama tədqiqatlarını avtomatlaşdıraraq vaxta qənaət etməklə də təsdiqləmiş olub.

Bənzər yazılar

Back to top button