Prezident məcburi köçkünlərdən danışarkən kövrəldi: “30 ildir həsrət içində idilər” (VİDEO)

by Aztoday Xəbər Portalı

Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

Dövlət başçısı 30 ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlərdən danışarkən kövrəlib.

“İlk növbədə mənim gözümün önünə o bölgələrdə yaşamış insanlar gəlir. Mən ilk növbədə onlar üçün bunu edirdim. Çünki onlar 30 ildir həsrət içində idilər. Nə qədər əzab-əziyyət çəkdilər, amma sınmadılar, möhkəm dayandılar. Budur Azərbaycan, budur Azərbaycan xalqı”, – deyə Prezident bildirib.

Bənzər Yazılar