Dünyanın sonuna kimi COVİD bizimlə yoldaş olacaq – Həkim

by Aztoday Xəbər Portalı

“Pandemiya bitməyib, davam edir. Nə qədər həyat var, bir o qədər də koronavirus davam edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun fikrincə, artıq insanlar bunu psixoloji baxımdan da qəbul edib:

“COVİD-i həyatımızın bir parçası qəbul etməliyik. O, həyatımızın bir parçasıdır, ilbəil azalacaq-çoxalacaq, yanaşı xəstəlikləri olanlar ağır keçirəcək, ölüm halları olacaq. Artıq dünya səhiyyəsi də anlayır ki, sərt karantin tətbiq etməklə virusun kökünü kəsmək mümkün olmayacaq. Yəni COVİD-lə yola getmək lazımdır”.

Vüqar Cavadzadə hesab edir ki, bundan sonra vəziyyətin necə olacağı vətəndaşlardan asılıdır:

“Məsuliyyətli olmaq lazımdır. Hər kəs özünü qorumalıdır”.

Bənzər Yazılar