KURYOZ: XƏZƏRİN İCRA BAŞÇISI ÖZÜNƏ TƏBRİK YAZDIRIR – FOTO

by Aztoday Xəbər Portalı

Bakının Xəzər rayon icra hakimiyyətinin əməkdaşları icra başçısı Elşən Salahovun ad günü münasibəti ilə təbrik edilməsi üçün təlimatlandırılıblar.

Bu haqda tia.az-ın xəbərinə görə, İH əməkdaşları bir-bir “facebook” və votsap statuslarında icra başçısına təbrik yazırlar. Bunu ilk baxışdan təbii saymaq olar, lakin işin qəribə tərəfi göstərişin icra başçısı tərəfindən gəldiyi haqda iddialardır. E.Salahovun niyə belə tapşırıq verdiyini təxmin etmək çətindir. Amma ad günü təbriki səmimi qəlbdən gəlməlidir. Bunu göstərişlə edəndə süni alınır. Xüsusən də rəhbər şəxsi mədh edəndə…

Məlumata görə, Xəzər İH-in əməkdaşlarının başçıya təbrik mesajları haqda E.Salahova məruzə olunub, heç kəsin demək olar ki, bu kampaniyadan kənar qalmadığı bildirilib. Adətən bu cür müti addımlar, əmrlər orta əsrlərdə, yaxud xanların, ağaların dövründə olub. Bu müasir dövrdə, islahatlar xətti götürülən ölkədə bir məmur isə ad günü təbriki üçün tapşırıq verir.

Bənzər Yazılar