Peyvənd saxtakarlığı

by Aztoday Xəbər Portalı

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı prezident İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Prezident çıxışında peyvəndləmə kampaniyasının uğurla aparıldığını deyib: “Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır”.

Qeyd edim ki, bu əhalinin 80 faizinin peyvəndlənməsi demək deyil. Əhalisi bizim qədər olan Potuqaliyada 16 milyon vaksin dozu istifadə edilib. Portuqaliyada tam vaksin olunma dünyada ən yüksək olsa da, hələ 90 faizə çatmayıb.
Ölkəmizdə isə sentyabrın 25-ə olan məlumata görə, tam peyvənd olunalar cəmi 35.05 faiz təşkil edirdi. Üstəlik peyvəndlənmə prosesində üzə çıxan ciddi saxtlaşdırmalar bu rəqəmin də gerçəklikləri əks etdirmədiyini göstərir.
Ağcabədi rayonun bir kəndində üstü açılmış cinayət COVİD-19 virusuna qarşı peyvəndlənmə zamanı baş verən saxtakarlığın necə geniş miqyas aldığını göstərir. Belə ki, “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin Avşar kənd həkim məntəqəsində 70 nəfərə yaxın şəxsə saxta COVİD-19 pasportu verilib. Saxta COVİD-19 pasportu verilənlər arasında Ağcabədi rayon sakinləri ilə yanaşı Bakı, Sumqayıt, Masallı, Kürdəmir və digər bölgələrdən olan şəxslər də var. Əgər, bir kənd məntəqəsində 70 ədəd saxta peyvəndləmə baş veribsə, bütün ölkə üzrə vəziyyətin necə ağır olduğunı təsəvvür etmək çətin deyil.

Dünyaca məşhur virusoloqlar və tibb alimləri peyvənd olunmamış şəxslərin COVİD-19 virusunun mutasiya edə bilməsi üçün münbit xammal olduqlarını bəyan edirlər. Saxta COVİD-19 pasportu əldə edənlər virusun mutasiya uğramasına və daha sürətlə yayılmasına səbəb olaraq yüzlərlə insanın həyatını təhlükəyə atırlar. Saxta COVİD-19 pasportu satanlar isə bu prosesi təşviq edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılan zaman bu qurumun üzərinə düşən vəzifəni həyata keçirmək üçün potensialının olmadığını yazmış, COVİD-19 virusuna qarşı effektli mübarizə aparmaq üçün prosesin şəffaflığının təmin edilməsinin vacibliyini qeyd etmişdim. Təəssüf ki, haqlı çıxdım.

Ağcabədi rayon Avşar kəndində aşkara çıxarılmış bu cinayətin üstü ört-basdır edilsə, qətiyyən təəccüblənməyəcəm.

Xaqani Cəfərli, politoloq

Bənzər Yazılar