Siyasət

Bu gün Ərdoğanla Putin görüşür

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin Soçidə görüşü olacaq.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, protokolda nümayəndə heyətlərinin görüşü nəzərdə tutulmayıb, dövlət başçıları təkbətək görüşəcək.

Məlumata görə, tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Bənzər yazılar

Back to top button