İdman

Messi oynamayacaq

“Barselona”nın futbolçusu Lionel Messi La Liqanın 32-ci turunda “Ueks”lə oyunu buraxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted”lə ilk matçda zədələnməsidir. Rəqib komandanın futbolçusu Smollinqin dirsəklə zərbəsi nəticəsində burun sümüyündə çat yaranan argentinalı hücumçunun “Ueks”lə görüşdə iştirak etməyəcəyi dəqiqdir. 31 yaşlı futbolçunun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Ueks” – “Barselona” oyunu aprelin 13-ü keçiriləcək.

Bənzər yazılar

Back to top button