Hadisə

Həkimdən sərt etiraz: “Bu qədər insanı küçəyə yığmaq nə deməkdir?”

“Ali təhsil müəssisələrinin qarşısında yaranan vəziyyət virusun yayılmasına səbəb ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib. Həkim yaranmış vəziyyətin yaxşı hal olmadığını bildirib:

“İmkan verin tələbə aditoriyaya girsin, hər fakültənin dekanı, qrup rəhbərləri var, yəqin ki, onlardan biri kimin COVID pasportunun olub-olmamasını yoxlayacaq. Burda nə var idi ki? Əlbəttə, belə vəziyyətdə virus yayıla bilər, qaş düzəltdiyimiz yerdə, vurub göz çıxardacağıq. Yağışlı havada bu qədər insanı küçəyə yığmaq nə deməkdir? Görünür, kimsə yaxşı iş görməyə çalışıb, amma yamanlığa çevirib”.

Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar bu gün ali məktəb müəssisələrinin qarşısında böyük sıxlıq yaranıb. Buna səbəb ali məktəblərin giriş qapısında tələbələrin COVID pasportunun olub-olmamasının yoxlanılmasıdır.

Bənzər yazılar

Back to top button