Əli Həsənov və Vüqar Əliyev tandemi kimə xidmət edir? – Təhqir kampaniyasına fərqli baxış

Print Friendly, PDF & Email

Bu gün ölkə mediasının durumu günbəgün pisləşməkdə davam edir. Artıq Azərbaycan oxucusunun böyük əksəriyyəti informasiya tələbatını xarici saytlar vasitəsi ilə ödəməyə çalışırlar. Hətta populyar xəbər saytlarımız belə Azərbaycan oxucusunun sayında düşmən Ermənistanın media qurumlarına uduzur. Bu isə ölkənin təhlükəsizliyi üçün ciddi problemlər vəd edir. Əlbəttə ki, bunun obyektiv və subyektiv səbəbləri var. Ölkədəki siyasi və iqtisadi konyuktura obyektiv səbəbləri şərtləndirdiyi kimi, subyektiv səbəbləri də mediaya nəzarət edən məmurların merkantil və korrupsiya maraqları yaradır. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin media siyasətini həyata keçirən Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, hazırda Azərbaycanın ən varlı məmur-oliqarxlarından biri sayılır. Və onun biznes şəbəkəsi təkcə Azərbaycanda deyil, Türkiyə və bir-neçə xarici ölkəni əhatə edir. Şübhəsiz ki, belə böyük biznes şəbəkəsi halal pullarla yaradılmayıb.

Prezident və xanımı necə şantaj edildi?

Maraqlısı isə odur ki, vəzifəsindən sui-istifadə edən Əli Həsənov merkantil maraqlarını həyata keçirməklə yanaşı, təmsil olunduğu siyasi hakimiyyətə də xəyanət edir. Məhz onun və tabeliyində işləyənlərin bilavasitə nəzarətində olan media qurumları, o cümlədən də jurnalistlər Prezident başda olmaqla onun ailə üzvlərini belə şantaj etməkdən çəkinmir. Məsələn, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə Əli Həsənov arasındakı məlum qalmaqal zamanı, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevin nəzarət etdiyi jurnalistlərdən birinin sosial şəbəkədəki yazdığı SİFARİŞLİ statusda siyasi hakimiyyətlə yanaşı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sərt tənqid edilmişdi. Həmin statusu olduğu kimi təqdim edirik:

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin müsahibəsini oxudum. Medianın indiki durumu ilə bağlı fikirləri ilə şərikəm. Ancaq M.Əliyev gerçək səbəblərə toxunmur, əvəzində nəticələr barədə danışır. Ciddi təhlillər nəticələr yox, səbəblər üzərində qurulur. Səbəblərin ən birincisi budur ki, medianın indiki durumu indiki oliqaxik sistemə tam adekvatdır. Hökumət təbii istəməzdi ki, oliqarxiya hökumətinin əməlləri fonunda azad mətbuat olsun. Ölkənin sərvətlərinin talanından yazan və tirajlayan media indiki status-kvoya adekvat deyildi və ona görə də sıradan çıxartdılar, blokladılar. Bu hansısa qurumun və ya şöbənin yox, birbaşa ali siyasi rəhbərliyin iradəsi idi. Ona görə də siyasi rəhbərlik medianın indiki durumundan narahat ola bilməzdi və hesab edirəm ki, qətiyyən də narahat deyil. Əksinə, çox rahatdır və tənqidi media artıq yoxdur, ara-sıra müşahidə edilən “partizanlıq hərəkatı” var və onlar da biinci fürsətdəcə həbsxanaya yollanır, necə ki, Seymur, Əfqan, Mehman yollandı, o biri “partizanları” da aşağı-yuxarı eyni aqibət gözləyir. İndiki status-kvoda başqa cür də mümkün deyil və bu şərtlər daxilində mediaya nəzarətin kimə keçməsi yalnız texniki məsələdir. M.Əliyevin tezislərindən bəlli olur ki, söhbət qətiyyən sistem islahatlarından getmir. Sadəcə, medianı başqa bir hakimiyyət qruplaşması nəzarətə götürmək istəyir. Hansı şərtlər daxilində? Mediaya tam azadlıq verilir və ya tənqidi jurnalistika dəstəklənir? Təbii ki, yox, belə vədlər heç ideya halında da mövcud deyil. Son vaxtların tendensiyaları göstərir ki, hakimiyyət sərt mərkəzləşdirməyə gedir – monopolist dövlət şirkətləri yaradılır, özəlləşdirilmiş şirkətlər yenidən milliləşdirilir, rəqabət mühitinin son elementləri də sıradan çıxarılır. Və bu tendensiya M.Əliyevin arxalandığı qruplaşmanın (Mehriban Əliyevanın rəhbərlik etdiyi Paşayevlər qruplaşmasından söhbət gedir- red) maraqları çərçivəsində baş verir. Təbii ki, bu halda media azadlğından danışmaq qaranlıq otaqda pişik axtarmaq qədər mənasız məşğuliyyətdir. İqtisadiyyatda son rəqabət elementlərinin məhv edildiyi kimi, mediada da son tənqidi elementlərin “dəfni” yaxınlaşır. Ciddi təhlil üçün bu amilllər mütləq nəzərə alınmalıdır!”.

Göründüyü kimi Əli Həsənov və dəstəsi özlərinə lazım olan məqamda ali siyasi rəhbərliyi də şantaj etməkdən çəkinmir. Vüqar Əliyevin birbaşa nəzarət etdiyi media qurumlarının və sosial şəbəkələrdəki trol dəstələrinin fəaliyyətinin təhlili göstərir ki, Əli Həsənovla konfliktdə olan bütün məmurlar hədəfə gətirilir. Sözügedən məmurlar arasında Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Səlim Müslümov, Samir Şərifov, Mikayıl Cabbarov, Oktay Şirəliyev, Ramin Quluzadə və s. var. Vüqar Əliyevin idarə etdiyi mediada tənqid olunmayan məmurların isə PA-nın ictimai-siyasi məsələlər şöbəsinə aylıq haqq verdiyi iddia edilir. Bundan imtina edən məmurlara qarşı mediada hücumlar təşkil olunur. Azərbaycan gömrük sisteminin “laməkan” və əfsanə nəzarətçisi olaraq bilinən və Azərbaycayn iqtisadiyyatında monopoliyanı bilavasitə tənzimləyən, hamının “Broker Əbülfəz” olaraq tanıdığı Əbülfəz Məlikovun mediada hazırda Vüqar Əliyev tərəfindən himayə olunduğu da yayılan məlumatlar sırasındadır.

Qeyd edək ki, Vüqar Əliyevin bilavasitə idarə etdiyi media qurumları arasında böyük və populyar saytlarla yanaşı ilk baxışdan reket təsiri bağışlayan internet resursları da var. Həmin kiçik saytlar məhz Vüqar Əliyevin sifarişi əsasında məmurlar barədə ifşaedici məlumatlar yayır. Bu prosesdə məqsəd sözügedən məmurları özü ilə anlaşmağa məcbur etməkdir. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin mediada yaratdığı şəbəkənin bəzi üzvləri hazırda Vüqar Əliyevin diqtəsi altında hərəkət edir. İxtisasca politiloq olan Vüqar Əliyevin nəzarət etdiyi “jurnalist”lər arasında ali təhsili olmayan şəxslər də var ki, onlardan əsasən kimlərəsə qara yaxmaq üçün istifadə olunur. Vüqar Əliyev diplomu olmayan həmin şəxslərdən bir-neçəsinə ötən il jurnalistlər üçün tikilən binada mənzil də verdirib.

Sosial şəbəkələrdə Prezident təhqir etdirilir

Müxalif yönlü fəalların sosial şəbəkələrdə aktiv olmasından istifadə edən Əli Həsənov böyük məbləğdə vəsait hesabına trol şəbəkəsi yaradıb. Bu vəsaitlərin böyük hissənin təyinatı üzrə istifadə olunmadığı şübhə doğurmur. Əks halda effektli fəaliyyət göstərib, hakimiyyətin göğrdüyü yaxşı işləri təbliğ edərdilər… Həmin trol şəbəkələrinin bir-neçəsinə Əli Həsənov özünə məxsus Mətbuat Evində ofis də verib. Amma bu trol şəbəkəsinin gördüyü iş bumeranq effekti yaradıb. Belə ki, trolların sayəsində hakimiyyətin ziyanına olan mövzular daha çox yayılmış olur. Ən başlıcası isə Vüqar Əliyevin idarə etdiyi trolların savadsızlığı səbəbindən yazdığı arqumentsiz rəylər sosial şəbəkə istifadəçilərini qıcıqlandırmaqla yanaşı hakimiyyətin siyasətindən narazılığı artırır. Həmçinin, Avropada yaşayıb, hakimiyyətlə söyüş və təhqir dili ilə danışan şəxslərin ünvanına trolların yazdığı ağır ifadələr həmin şəxsləri daha da aqressivləşdirir. Təəssüf ki, onların trollara cavab olaraq yazdığı təhqirlərin ünvanı isə Prezident olur. İxtisasca politoloq olan Vüqar Əliyevin də bütün bunları bilməmiş deyil. Belə ki, Vüqar Əliyev Əli Həsənovun sayəsində böyük varidat əldə etməsinə baxmayaraq, ali siyasi rəhbərlikdən narazıdır. Çünki Vüqar Əliyev göstərdiyi bu qədər böyük “xidmətləri” fonunda yaxın qohumunu həbsdən azad etdirə bilmir.

“Gündəm Xəbər”

https://www.facebook.com/notes/azərbaycan-bu-gün/əli-həsənov-və-vüqar-əliyev-tandemi-kimə-xidmət-edir/1984726921786186/