Cəmiyyət

Son günlər yayılan virusla bağlı açıqlama

Hava şəraiti ilə əlaqədar olaraq son günlər əhalidə kəskin respirator virus infeksiyalarının intensivliyi müşahidə olunur. Bu xəstəliklərin uşaqlar arasında daha geniş yayıldığı və immunitet sistemini zəiflətdiyi bildirilir.

AzToday.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda ölkə ərazisində qripin yayılması faktı qeydə alınmayıb: “Son günlər müşahidə olunan xəstəliklər mövsümi xarakter daşıyır və kəskin respirator xəstəliklərə aiddir. Sadə dildə desək, insanlar arasında yayılan zökəm xəstəliyidir, bunun qrip xəstəliyi ilə əlaqəsi yoxdur. Bir çox xəstəxana ilə əlaqə saxladım, eləcə də, 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirildi ki, hazırda qriplə bağlı xəstəxanada stasionar müalicə alan xəstə yoxdur”.

Qeyd edək ki, kəskin respirator virus infeksiyalarının profilaktikası zamanı məktəbəqədər və məktəb kollektivlərində dezinfeksiya tədbirləri aparılmalı, otaqların havası tez-tez dəyişilməli, qapı dəstəkləri xloraminlə silinməlidir.

Bənzər yazılar

Back to top button