Dünya

Putindən ABŞ prezidentinə qarşı inanılmaz həmlə: Trampın sözçüsü həqiqətləri açıqladı

Putinin həmkarlarına qarşı “keqebeşnik”liyi

Donald Trampın sözçüsü olmuş Stefani Qrişemin bir neçə gündən sonra satışa çıxacaq “Sizin suallarınıza indi cavab verəcəyəm: Tramp zamanında Ağ Evdə gördüklərim” (I’ll Take Your Questions Now:What I Saw at the Trump White House) adlı kitabında ilginc hadisələrdən bəhs edilir.

ABŞ mətbuatının kitabla bağlı yaydığı məlumata görə, Stefani Qrişem prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə 2019-cu ildə Yaponiyanın liman şəhəri Osakadakı görüşü ilə bağlı ilginc olaydan da bəhs edir. Putin Trampla görüşə yanında çox gözəl bir tərcüməçi qızla gəlir. Trampın müşaviri Fiona Hill yanında dayandığı Qrişama tərəf yönələrək, uzun saçlı, gözəl üzlü və heyrətamiz cazibədar əndamlı tərcüməçiyə işarə edərək belə deyib: “Putinin bu qadını prezidentimizin diqqətini yayındırmaq üçün qəsdən seçdiyindən şübhələnirəm”.

Bu məlumat yayıldıqdan sonra Trampın Putinlə Osakadakı görüşü ilə bağlı videonu yenidən izləməyə başlayıblar. Videodan açıq görünür ki, Putin bu qadını yanında gətirməklə Trampın diqqətini yayındıramağa nail olub.
Trampla bağlı olay sovet “KQB”-sinin keçmiş zabiti Vladimir Putinin həmkarlarının zəif cəhətlərindən sui-istifadə ilk hadisə deyil.

Rusiyada hibrid rejim qurmuş Putin 2007 -ci ildə labrador çinsindən olan iri qara itinin “təsadüfən” Almaniyanın kansleri xanım Angela Merkellə görüş keçirdiyi otağa girməsini təşkil edib. Sonradan bu hadisə ilə bağlı Kremldən yayılan məlumatda xanım Merkelin itlərdən qorxduğundan xəbərsiz olduqları bildirlirdi. Görüşlə bağlı yayılan fotolardan aydın görünür ki, xanım Merkel heybətli itdən qorxur. Kreml sözçüsü ilə həyasızcasına xanım Merkelin itlərdən qorxduğundan xəbərsiz olduqlarını bildirir.

Qorxu və yalan üzərində qurulmuş rejimdən fərqli açqlama gözləmək də yanlış olardı. Kreml təmsilçilərinin həyasız yalanlarının sayı-hesabı yoxdur.

Tramp və Merkellə bağlı bu hadisələr Putinin həmkarlarına qarşı iyrənc, “keqebeşnik” sayağı davranışlarının miqyasını müəyyən etməyə imkan verir. Əgər Putin dünyanın ən böyük dövlətlərinin liderlərinə qarşı belə davranırsa, kiçik dövlətlərinin başçıları ilə necə davrandığını təsəvvür etmək çətin deyil.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button