Siyasət

“Sərhədsiz reportyorlar”ın baş katibi Bakının tənqidini qəbul etmir

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiəsi təşkilatının baş katibi Kristof Deluar Azərbaycan prezidenti İlham Əliyevin təşkilatın ünvanına tənqidlərini qəbul etmir.

Ötən gün o, “France – 24” telekanalına müsahibəsində “Sərhədsiz Reportyorlar”ı qərəzli olmaqda və “Azərbaycana qarşı ədalətsiz münasibətdə” ittiham edib.

Təşkilatın bununla bağlı bəyanatında deyilir ki, dünya mətbuat azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutur. Aparıcı müstəqil xəbər saytlarına giriş bloklanıb. Mühüm kütləvi informasiya vasitələrinin əksəriyyəti susmaq və ya xaricə köçmək məcburiyyətində qalıb. Ölkədə qalan az sayda müstəqil jurnalistlər istənilən vaxt həbsxanaya düşmək riski ilə üzləşirlər.

2005-ci ildə yüksək səviyyədə korrupsiyanı araşdıran jurnalist Elmar Hüseynovun qətlində əsas şübhəli bilinən şəxslər hələ də azadlıqdadır. Hakimiyyət 40 jurnalisti, onların bəzisi xaricdə yaşayır, izləmək üçün NSO Group-un Pegasus casus proqramından istifadə edib. “Odur ki, “Sərhədsiz reportyorlar”ın mövqeyini ədalətsiz hesab etmək olarmı?”- bəyanatda deyilir.

Bakının narazılığının səbəbi odur ki, “Sərhədsiz reportyorlar” Fransanın Nant şəhərində azərbaycanlı bloger Məhəmməd Mirzəliyə hücumun Azərbaycan hakimiyyəti tərəfindən təşkil edildiyini bildirib. (Turan)

Bənzər yazılar

Back to top button