İdman

“Arsenal”ın baş məşqçisi: “Azərbaycana səfər uzun və yorucu olacaq”

“Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq. Bu yarışda böyük bir yol keçmək istəyirik. Bir-birindən fərqli oyunlar və fərqli səfərlərimiz olacaq”.

Fanat.Az xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

“Arsenal” E qrupunda “Qarabağ”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klubları ilə qarşılaşacaq. Unay Emeri bildirib ki, həftədə iki oyun keçirmək fiziki cəhətdən ağırdır: “Avropa Liqası ərəfəsində həftə ərzində iki oyun keçirəcəyik və fiziki cəhətdən hazır olmaq vacibdi. Bu tempə öyrəşməliyik. Əlimizdə olan hər bir futbolçudan istifadə etməyə çalışacağıq”.

47 yaşlı mütəxəssis Azərbaycana səfərin uzun və yorucu olacağını bildirib: “Uzun səfərlər hər zaman komandaya çətinlik yaradır. Bu baxımdan Azərbaycana səfərin çətin olacağını düşünürəm. Ancaq bunun öhdəsindən gəlməliyik”.

Bənzər yazılar

Back to top button