Siyasət

Azərbaycan və Belarus hərbçiləri raket-artilleriya qoşunlarının inkişaf perspektivlərini müzakirə ediblər

Sentyabrın 29-da Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri raket-artilleriya qoşunlarının inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər raket-artilleriya qoşunlarının hərbi və hərbi-texniki əməkdaşlığının genişləndirilməsi və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində Belarus nümayəndə heyətinin Azərbaycan raket-artilleriya qoşunlarının hərbi hissələrinə baş çəkməsi planlaşdırılıb.

Bənzər yazılar

Back to top button