GündəmManşetSiyasət

Türkiyə prezidenti Füzulidə aeroportun açılışında iştirak edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş Füzuli şəhərində hava limanının açılışında iştirak edəcək. Bu barədə prezidentin mətbuat katibi İbrahim Kalın Haber Global telekanalına müsahibəsində bildirib.

Beynəlxalq aeroportun tikintisi bu ilin yanvarında başlayıb və qışa qədər başa çatmalıdır. Tikintidə Türkiyə şirkətləri iştirak edirlər.

2021-ci il sentyabrın 5-də ilk təyyarə – Azərbaycanın Silk Way Airlines aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri Boeing 747-400 Fizuli aeroportunda yerə enib. Bu təyyarə ilə ilk dəfə hava yoluyla Qarabağa yük aparılıb.

Daha sonra Azerbaijan Airlines-ə məxsus Airbus A340 ilə Füzuli aeroportuna ilk sərnişin reysi yerinə yetirilib.

Sərnişin təyyarəsinin Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti 35 dəqiqə olacaq.

Bənzər yazılar

Back to top button