Dünya

Paşinyan müharibədən sonra Ermənistan iqtisadiyyatının faciəli vəziyyətindən danışıb

44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatı və sosial həyatında yaranan faciəli vəziyyət hələ aradan qalxmayıb. “Aysor” nəşri xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

O, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləyib:

“Təhlükəsizliyə böyük diqqət yetirəcəyik. Çünki onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada təkcə ordunun, müdafiə qabiliyyətinin modernləşdirilməsi deyil, həm də Ermənistan ətrafında əlverişli xarici mühitin yaradılması, Ermənistan, Qarabağ və region üçün dinc inkişaf dövrünün açılması gündəminin ardıcıl şəkildə həyata keçirilməsi lazımdır”.

Regional sabitlikdən danışarkən baş nazir, kommunikasiyaların açılması və inkişaf etdirilməsi məsələsinin vacibliyini qeyd edib. Paşinyan vurğulayıb ki, bu məsələnin həlli Ermənistan iqtisadiyyatının inkişafı üçün əlavə stimul yaradacaq, iqtisadi artımı təmin edəcək və ölkənin xarici investisiyalar üçün cəlbediciliyini artıracaq.

Bənzər yazılar

Back to top button