GündəmHadisəManşet

Hirkan Milli Parkından “Ural”larla odun daşınır – Muxtar Babayev indi də qoruqları məhv edir (VİDEO, FOTO)

Nadir ağac növlərinin qorunduğu Hirkan Milli Parkında kütləvi şəkildə agaclar qırılır.

Bu barədə Lənkəran sakinləri AzToday.az-a məlumat veriblər. Sakinlər bildirir ki, qoruğun 31 saylı dolayından “Ural” markalı yük maşınları ilə odun satılır.

Onların sözlərinə görə, 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Hirkan Milli Parkının 31 saylı dolayında sağlam ağaclar qanunsuz kəsilərək satılır. Sakinlər bu işdə Milli Parkın rəhbərliyini, xüsusən də qoruğu qorumalı olan yegerləri günahkar bilir. Çünki hər hansı bir şəxsin qoruq ərazisinə icazəsiz girişi onun 400 manat cərimələnməsi ilə nəticələndiyi halda Milli Parkdan yük maşınları ilə odun və materialın daşınması əsaslı şübhələr yaradır.

AzToday.az qoruqda kəsilmiş agacların və odun daşıyan maşının görüntülərini təqdim edir:

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button