Siyasət

Peskov Putin və Ərdoğanın Qarabağ haqda danışıqları barədə

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 29-da Soçidə Rusiya və Türkiyə prezidentlərinin danışıqlarının bəzi təfərrüatlarını jurnalistlərə açıqlayıb.

Prezidentlər Əfqanıstan, Liviya və Suriyanı ətraflı müzakirə ediblər. “Orada hələ də mövcud olan və Suriya ordusuna təhlükə törədə biləcək terrorçu ünsürlərin İdlibdən çıxarılmasının vacibliyi vurğulanıb”, – Peskov deyib.

Dağlıq Qarabağda nizamlanma mövzusuna da toxunulub. “Rusiya tərəfindən vurğulanıb ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromis həlli axtarmalıdırlar”,- Peskov qeyd edib.

Həmçinin hərbi-texniki məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi imkanları, əsasən C-400-lərin bəzi komponentlərinin Türkiyədə istehsalı müzakirə olunub.

Öz növbəsində, Türkiyə prezidenti Soçidən Ankaraya gedərkən jurnalistlərə deyib ki, Putinin diqqətini Moskvada YPG (PKK-nın Suriya qanadı) terrorçularının ofisinin olmasına yönəldib. O həmçinin qeyd edib ki, Suriyanın bir sıra rayonlarında PKK /YPG terrorçularının mövcudluğunun dayandırılmasına dair razılaşma yerinə yetirilməlidir.

Ərdoğan sualtı qayıqların inşası məsələsində Rusiya ilə mümkün əməkdaşlığı, həmçinin kosmonavtika sahəsində əməkdaşlıq perspektivlərini qeyd edib.

Bənzər yazılar

Back to top button