Dünya

Əkrəm İmamoğlu zəlzələdən danışdı

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 15:00 radələrində İstanbulda 5,9 bal gücündə zəlzələ baş verib.

Təkanlar nəticəsində İstanbul Avçılarda bir məscidin minarəsinin yıxıldığı barədə məlumat verilmişdi.

Bizimyol.info xəbər verir ki, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu zəlzələdən dərhal sonra media qarşısına çıxıb.

“Zəlzələ baş verəndə yeni hava limanı tərəfdəydim, dərhal Silivriyə gəldim.Qorxulacaq bir şey yoxdur. Dərhal əlaqədar qurumları ayağa qaldırdıq. Vətəndaşlara durumla bağlı tez- tez məlumat veriləcək. Zəlzələ təbiətin qanunudur. Önünə keçə bilmərik. Amma bütün hallara hazırlıqlı olmaq bizim vəzifəmizdir. Avçılarda yıxılan minarədən başqa bir neçə kiçik ziyan barədə də məlumat daxil olub.

Bənzər yazılar

Back to top button