“Azərsu”da Qorxmaz Hüseynov ənənəsini qoruyanlar: Imran Abbasov kimdir?

by Aztoday Xəbər Portalı

Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizlənmə işləri aparıldı. Hətta Q. Hüseynovun ən yaxın kadrlardan biri – Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov həbs edildi. Elman Məmmədov ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında və mənimsənilməsində əsas fiqurlardan biri olub. “Azərsu”nun keçmiş rəhbərliyinin üst-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var…

“Azərsu”da həbslərin start götürməsi gözlənilən idi. İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi. Təəssüf ki Qorxmaz Hüseynovdan sonra da köhnə qaydalarla işləməkdə davam edən kadrlar mövcuddur. Belə şəxslərdən biri “Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. Məlumat üçün bildirək ki, İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğmaca qardaşıdır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra bu vəzifəyə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına qədər pay var. Ancaq yazımızın mövzusu bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır. Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Siravi işçidən tutmuş, mühasibə qədər hər kəsin işinə yersiz müdaxilələr edən İmran müəllim özünü padişah kimi aparır. İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir.”İnterkabel”, “Universal”, “Polimart”, “Şurataz” kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır.

Bir məsələni qeyd etməmək olmaz. Beləki, qanuna əsasən anbar təsərrüfatı idarəsinin mühəndisləri mal- materialları regionlara özləri aparıb təhvil verməlidirlər.Ancaq İmran Abbasov çox hallarda malları sürücü ilə göndərir, mühəndis olmadan..Bu da qanunsuzdur.Ondan niyə belə etdiyini soruşduqda deyir ki, bildirir ki, mənim kefim necə istəyir, elə edirəm. Bu hal işçilər arasında narazılıq yaradır. Əgər bu idarə onun şəxsi şirkəti olsa başqa məsələ. Axı “ Azərsu” ASC dövlət şirkətidir.

Ümumiyyətlə bu insanın qeyri – məntiqi hərəkətləri var. İdarədə fəhlə işləyən bir Şəhid atası ondan heç bir dəyəri olmayan taxta palet istəyib. Əvvəl söz versə də , paleti şəhid atasına verməyib. İkinci bir fakt. Atası ağır xəstə olan bir fəhlə icazə alıb xəstəxanaya gedib. İmran Abbasov da o fəhlənin 2 iş gününü kəsib. Ayda 300 Azn əməkhaqqı alan fəhlənin 2 iş gününü kəsmək hansı məntiqə və insanlığa sığır?

Başqa bir fakt. Bu yaxınlarda İmran müəllim heç bir tutarlı əsas olmadan öz müavinindən “ Azərsu” rəhbərliyinə şikayət edib. Görəsən ağlı başında olan hansı müdür öz müavinindən yuxarı instansiyalara şikayət edər?

Bu insanın psixi problemləri var. İşi – gücü ancaq işçilər arasında nifaq salmaq, intriqa yaratmaqdır. İdarənin kollektivi onun bu gic- gic hərəkətlərindən cana doyub.Ümüd olunur ki,” Azərsu “ ASC rəhbərliyi bu adamın qanunsuz və qeyri –məntiqi hərəkətlərinin qarşısını almaq üçün gərəkli addımları atacaq.(cumhuriyyet.az)

Bənzər Yazılar