Cəmiyyət

Qarabağ şəhidləri və qazilərinin övladları Sivas Cümhuriyyət Universitetində təhsillərinə başladı

Azərbaycanda fəaliyyət göstərən Türkiyə iş adamlarının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidləri və qazilərinin övladları Sivas Cümhuriyyət Universitetində təhsillərinə başlayıblar.

Universitetin yaydığı açıqlamaya görə, rektor prof. dr. Alim Yıldız və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) rəhbəri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Qarabag şəhidləri və qazilərinin övladlarının Cümhuriyyət Universitetində təhsil almaları üçün keçən il fəaliyyətə başlanılıb.

Bu fəaliyyətin nəticəsində şəhid və qazi övladları Sivas Cümhuriyyət Universitetində qeydiyyatdan keçərək, tədris həyatlarına başlayıblar.
Cumhuriyet Universiteti Beynəlxalq Tələbələr Ofisi Koordinatoru dos.dr. Yusuf Yıldırım 25 azərbaycanlı tələbənin universitetin müxtəlif fakültələrində qeydiyyatdan keçdiyini bildirib.

Cümhuriyyət Universitetinin və TÜİB-in təqaüdlərini alanları arasında yer alacaq bu tələbələrin təlim-tədris həyatları boyunca bütün xərclərinin ödəniləcəyini qeyd edən Yusuf Yıldırım universitetdə qeydiyyata düşən tələbələrin təhsillərini uğurlu bir şəkildə bitirərək, ölkələrinə dönmələrinə şərait yaradılacağını deyib: “Tələbələri bu imkanın verilməsi məsələsində başda rektorumuz prof. dr. Alim Yıldız hocamıza və TÜİB rəhbəri Hüseyin Büyükfırata təşəkkür edirik”.

Qeydiyyata alınan tələbələrdən şəhid Hikmət Səfərovun oğlu Azər Səfərov bu imkanı yaradanlara təşəkkür edib:

“Şəhidlərimizin və qazilərimizin övladları Sivasda müxtəlif fakülətlərdə təhsil almaq imkanı əldə etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sivas Cümhuriyyət Universitetində təhsil almağı hər kəsə tövsiyə edirəm”.

Şəhid övladı Sultan İbişov Sivasda təhsil aldığı üçün xoşbəxt olduğunu ifadə edərək deyib:

“Bir Azərbaycan vətəndaşı olaraq burada təhsil aldıqdan sonra ölkəmə qayıtmaq və qardaş ölkə olan Türkiyəni gözəl bir şəkildə tanıtmaq istəyirəm. Əcnəbi tələbələrə Sivas Cümhuriyyət Universitetində oxumağı məsləhət görürəm. Mən də tələbə olmaqdan məmnunluq duyuram”.

Bənzər yazılar

Back to top button