İdman

Messinin “Barselona”da qalmasını ancaq onlar istəyir

“Barselona”nı futbolçularından Arturo Vidal və Luis Suares Lionel Messinin komandada qalmasını istəyirlər.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, hər iki oyunçu Kataloniya klubundan ayrılmağa yaxın olsa da, onlar argentinalı hücumçunun komandasını dəyişdirməsinə qarşıdırlar. 33 yaşlı futbolçunun Serxio Busqets və Jerar Pike kimi yaxınları, eləcə də klubun digər üzvləri isə bu məsələyə reaksiya vermir.

Qeyd edək ki, “Barselona” Messini “Mançester Siti”yə satmağa razılıq verdiyi iddia olunur. Futbolçu koronavirus testi üçün klubun bazasına getməyib, eləcə də komanda ilə toplanışa qatılmaqdan da imtina edib. O, müqaviləsinə əsasən, 11 gündən 30 günədək komanda ilə birgə olmasa, maaşının 25 faizi məbləğində cərimə ediləcək.

Bənzər yazılar

Back to top button