CəmiyyətManşet

Prezident İlham Əliyev xaricdə təhsillə bağlı sərəncam imzaladı

“İstedadlı gənclərin xaricdə təhsil almasına dövlət dəstəyi davam etdirilməlidir”

Prezident İlham Əliyev azərbaycanlı gənclərin qabaqcıl xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması məqsədilə sərəncam imzalayıb.

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamda deyilir ki, gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycanın ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə verib.

Bildirilir ki, postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir.

Sərəncamda həmçinin sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi, habelə uğurlu təcrübəyə əsaslanan effektiv maliyyələşmə modelinin formalaşdırılması nəzərdə tutulub: “Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir”.

Bənzər yazılar

Back to top button