Ev dustaqlığına buraxılan sabiq icra başçısı yenidən həbs olundu

by Aztoday Xəbər Portalı

Bu gün Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.

Unikal.org xəbər verir ki, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q. Səmədovun bu iltizamını ləğv edib.

Onun barəsində 7 il müddətinə həbs qərarı verilib.

Q. Səmədov yenidən həbsxanaya qaytarılıb.

Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Bənzər Yazılar