Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum oldu

by Aztoday Xəbər Portalı

Tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə görə ana və atasının məzarı yanında – Füzuli rayonunda dəfn olunacaq.

Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Bənzər Yazılar