Səudiyyəli şahzadə intihar etdi

Print Friendly, PDF & Email

Səudiyyə şahzadəsi Bəndar İbin Xalid İbin Əbdüləziz Əl Səud London havalimanında intihar edib.

AzToday.az xarici KİV-ə istinadən xəbər verir ki, deportasiya ilə üz-üzə qalan şahzadə mühafizəçilərə tabe olmayıb, daha sonra isə özünü eyvandan ataraq intihar edib.

Səudiyyə rəsmiləri ölümü təsdiqləyiblər. Dəfn mərasimi Məkkə şəhərində həyata keçiriləcək.