İranın daxili işlər nazirindən Azərbaycanla bağlı AÇIQLAMA

by Aztoday Xəbər Portalı

İran son günlərdə Azərbaycanla aralarında yaranmış anlaşılmazlıqların diplomatik yollarla həll ediləcəyini ifadə edib.

Yeniavaz.com “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi Azərbaycanla sərhəddə yerləşən Ərdəbil əyalətinə yeni təyin olunmuş valinin təqdimat mərasimində çıxış edərkən danışıb. O, İranın bütün qonşuları ilə dostluq münasibətlərinə önəm verdiyini də diqqətə çatdırıb: “İran qonşuları ilə dostluq münasibətlərinə xüsusi önəm verir. Yeni hökumətdə qonşular bizim üçün prioritetdir və biz onlarla dostluq münasibətlərini qoruyacağıq. Bütün qonşu ölkələrlə və azərbaycanla da daim dost olduğumuzu bildiririk”.
Nazir həmçinin Azərbaycanla İran sərhədində keçiriləcək hərbi təlim məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, son vaxtlar yaranan söz-söhbət İsrail və bəzi ölkələrin İranla Azərbaycan arasındakı münasibətləri pisləşdirmək üçün sui-qəsd planıdır: “Azərbaycanla aramızda anlaşılmazlıqlar olarsa, diplomatik yollarla həll ediləcək. Xarici İşlər Nazirliyi bu məsələni izləyir”.

Bənzər Yazılar