Dünya

İŞİD Əfqanıstanda “Taliban”la mübarizəyə başladı

İŞİD terrorçuları “Taliban” hərəkatına pusqu quraraq hücum edib.

Qaynarinfo “Kabul News”a istinadla xəbər verir ki, hadisə Əfqanıstanın Pakistanla sərhəddə yerləşən Zabul əyalətində baş verib.

Qarşıdurma zamanı “Taliban” 17, İŞİD isə 3 döyüşçüsünü itirib.

“Taliban” bu məlumatları təsdiqləmir.

Qeyd edək ki, “Taliban” ölkənin şərqindəki Nanqarhar əyalətində və paytaxt bölgəsində İŞİD yaraqlılarına qarşı əməliyyata başladığını bildirib.

Bənzər yazılar

Back to top button