Dünya

“Çao Bella” qalmaqalından sonra İzmir məscidlərində azan kursları açıldı

Ötən ay İzmirdə məscidlərin səs sisteminin haker hücumuna məruz qalması və mahnı səsləndirilməsi hadisəsindən sonra bəzi məscidlərdə kurslar təşkil olunub.

Qaynarinfo xəbər verir ki, ilk mərhələdə 36 məsciddə tədris keçirilib. Kursa 400 molla və müəzzin qatılıb. Kursun 80 saat davam edəcəyi bildirilir. Bu müddətdə müəzzinlərə gözəl azan oxunuşu öyrədiləcək.

Daha sonra mərkəzi sistemin olmadığı dövrdəki kimi hər məscid azanı öz cihazından verəcək.

Qeyd edək ki, ötən ay İzmirdəki bəzi məscidlərin mərkəzi səs sisteminə naməlum şəxslər azan yerinə İtali partizanların “Çao Bella” mahnısını səsləndiriblər.

Bənzər yazılar

Back to top button