Hadisə

Bakıda polis şöbəsində arvadını öldürən polisin görüntüləri (FOTO)

Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində 27 yaşlı həyat yoldaşını xidməti silahla qətlə yetirən polis əməkdaşının görüntüləri üzə çıxıb.

AzToday.az oxu.az-a istinadən fotoları təqdim edir:

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı güllələyərək öldürüb. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button