İdman

Andrea Pirlo “Barselona”ya gəlir?

“Yuventus”un sabiq çalışdırıcısı Andrea Pirlonun “Barselona”nın baş məşqçisi təyin olunacağı ilə bağlı iddialar var.

Fanat.az “Tuttomecato” nəşrinə istinadən xəbər verir ki, “blauqrana”nın prezidenti Joan Laporta 42 yaşlı mütəxəssisin kluba gəlməsini şəxsən özü istəyir.

Məlumatda bildirilir ki, klubun hazırki çalışdırıcısı Ronald Kuman və Joan Laporta arasındakı münasibətlər elə də yaxşı deyil.

Andrea Pirlonun kluba gəlməsi şəxsən klub prezidentinin istəyidir. Laportanın fikrincə, o, məşqçini kəşf etmək qabiliyyətinə malikdir. Klubun digər rəsmiləri baş məşqçi postuna bir neçə nəfəri təklif edib. Buna baxmayaraq Pirlo Laportanın favoriti olaraq qalır.

Xatırladaq ki, 6 turdan sonra “Barselona” 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bənzər yazılar

Back to top button