Siyasət

İran səfirliyi diplomatik missiyasına qarşı hörmətsiz aksiyaya etirazını bildirir

İranın Azərbaycandakı səfiri oktyabrın 1-nə keçən gecə naməlum şəxslərin Bakıdakı səfirliyə qarşı aksiyası ilə bağlı etirazını bildirib.

Səfir Seyid Abbas Musəvi cümə günü İRNA agentliyinə belə deyib: “Ötən gecə naməlum şəxslərin İran İslam Respublikasının Bakıdakı səfirliyinə hücumundan və hörmətsiz münasibətindən sonra Azərbaycan DİN dörd nəfərin kimliyini müəyyən edib və saxlayıb”. Səfir qeyd edib ki, səfirlik təqsirli şəxslərin cəzalandırılacağına ümid edir.

Qeyd edək ki, səfirliyə “hücum” gecə səfirlik binasının divarının yanına İranın milli bayrağının rənglərində üç aftafa qoyulmasından ibarət olub.

Turan agentliyi bu hadisə ilə bağlı Azərbaycan DİN-dən şərh ala bilməyib.

Bənzər yazılar

Back to top button