Hadisə

Siyasi mühacirin ailəsinə təzyiq edilir

Almaniyada siyasi mühacir həyatı yaşayan Pərviz Abdullayevin ailəsinə polis tərəfindən təhdid olunub. Siyasi mühacir qardaşı Ramin Abdullayevin təhdid olunduğunu iddia edir. Bu barədə P.Abdullayev Xeber.İnfo-a məlumat verib.

“9 mart 2018-ci il tarixdə valideyinlərimin yaşadığı evə bir polis əməkdaşı mülki geyimdə gəlib. Qardaşım Ramin Abdullayevi çağırıb. Qardaşımla söhbət etdikləri zaman PPX avtomobili onlara yaxınlaşıb. Qardaşımdan əvvəlcə, qohumlarımızın harda yaşamalarını, sonra mənimlə necə əlaqə qurduqlarını soruşublar. Qardaşıma deyiblər ki, Pərvizi kim maliyyələşdirir? O da bilmədiyini söyləyib. Qardaşımı hədələyiblər ki, mənimlə əlaqə saxlayıb sakit oturmağımı, hakimiyyətin əleyhinə nəsə yazmamağımı tələb etsin. Əks halda qardaşımı həbs edəcəklərini bildiriblər. Qardaşim Ramin mənim hərəkətlərimə və siyasi mübarizəmə cavabdeh olmadığını bildirsə də, onlar ailə üzvlərimin başına müxtəlif oyunlar açacaqları ilə təhdid ediblər. Qardaşım mənə səsli mesaj atıb. Bildirir ki, hər an həyatları üçün təhlükə var”.

Bənzər yazılar

Back to top button