Siyasət

Türkiyə müdafiə nazirinin müavini Naxçıvana səfər edib

Sentyabrın 30-da Türkiyə müdafiə nazirinin müavini Muhsin Derenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Ali Məclisin sədri Vasif Talıbovla görüşdə tərəflər Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinə toxunublar. Xüsusən, Naxçıvanda bu sahədə görülən işlərdən, hərbi təlimlərdən bəhs edilib.

Muhsin Dere iki ölkə arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulayıb və Naxçıvan Muxtar Respublikasının mühüm strateji və coğrafi əhəmiyyətinə toxunub.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bundan əvvəl Muhsin Dere Bakıda iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Turan

Bənzər yazılar

Back to top button