Siyasət

BMT Beynəlxalq Məhkəməsi oktyabrın 18-də Azərbaycanın Ermənistanın hərbi cinayətləri haqqında iddiasına baxacaq

Oktyabrın 18-də BMT Beynəlxalq Məhkəməsində Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətlər haqqında iddiasına baxılmasına başlanacaq. Bu barədə jurnalistlərə Azərbaycan baş prokuroru Kamran Əliyev bildirib.

Cinayətlərin istintaqını ölkənin Hərbi Prokurorluğunda xüsusi şöbə aparıb. İstintaq iki istiqamət: cinayət törətmiş şəxslər, onların identifikasiyası, axtarışı və barələrində beynəlxalq axtarış elan edilməsi, həmçinin bu cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə iddia verilməsi üzrə aparılıb, deyə Əliyev bildirib.

Turan

Bənzər yazılar

Back to top button