Siyasət

ABŞ və İsrailin Azərbaycandakı səfiri dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər edib

Sentyabrın 30-da səfir ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və İsrailin Azərbaycandakı səfiri George Deek ilə birlikdə Qubada yerləşən, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, “Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun keçirdiyi tur zamanı səfir Litzenberger dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi ilə tanış olub.

Həmçinin bölgənin, o cümlədən mədəni irsin qorunması və turizmin daha da inkişaf etdirilməsi üçün ABŞ-ın İsrail və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edib.

Öz nvbəsində, İsrailin Azərbaycandakı səfirliyi də səfərlə bağlı məlumat yayıb.

2019-cu ildə İsrailin Yardım və İnkişaf Agentliyi ilə ABŞ-ın USAİD təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, beynəlxalq səviyyədə əməkdaşlığa dair razılığa gəlinib.

“İran dini və etnik azlıqlarını sıxışdıraraq digər ölkələrdə yəhudiləri hədəfə alsa da, biz – İsrail, ABŞ və Azərbaycan – müxtəlifliyimizə və tolerantlığımıza sərmayə qoyuruq”, deyə məlumatda qeyd edilir.

Səfirin sözlərinə görə, İsrail və ABŞ Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində – müsəlman dünyasında ən böyük yəhudi icmasının yaşadığı regionda da əməkdaşlıq edəcək.

Səfir qeyd edib ki, USAİD-lə birgə Qırmızı qəsəbədə yerləşən bir bina təmir ediləcək və ora Yəhudi Mədəniyyəti və İrsi Mərkəzinə çevriləcək: “Bu mərkəzi ziyarət edən hər kəs həqiqi yəhudi həyatı ilə tanış ola biləcək. Bu, bu ölkədəki yəhudilər və müsəlmanlar arasında tolerantlığı göstərmək üçün vacibdir”.

Turan

Bənzər yazılar

Back to top button