Dünya

Mixail Saakaşvili Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı

Batumi şəhərində olduğu iddia edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat verib.

Baş nazir bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarətdə saxlanılıb.

İ. Qaribaşvili Gürcüstanın daxili işlər nazirinin və Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbərlərinə minnətdarlığını ifadə edib. (oxu.az)

Bənzər yazılar

Back to top button