HadisəManşet

Yusif Şəfiyevin ailəsi ədalətli və açıq məhkəmə tələb edir

Hazırda həbsdə olan CBS Sport-un sabiq operatoru Yusif Şəfiyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılır.

Hit.az xəbər verir ki, Yusifin atası, Qarabağ qazisi Nadir Şəfiyevin dediyinə görə bu instansiyada ədalətə nail olma ümidləri də kəskin sürətdə azalıb. Buna səbəb isə prosesin qapalı keçirilməsi haqqında qərarın qəbul olunmasıdır.

Nadir Şəfiyevin dediyinə görə, məhkəmənin ilk iclasında zərərçəkən iştirak etməyib. İştirak edənlərdən heç kim iclasın qapalı keçirilməsi haqqında iddia qaldırmayıb. Üstəlik Apellyasiya şikayətində xahiş olunub ki, proses məhkəmə iclası aparılmaqla keçirilsin. Lakin gözlənilmədən məhkəmə prosesinin istintaq araşdırılması aparılmadan və qapalı keçirilməsi haqqında qərar qəbul edildi.

Yusif Şəfiyevin ailəsi iddia edir ki, “Bakı Ağır Cinayətlər məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 8 aydan çox davam edən proses qapalı keçirilib və həmin prosesdə zərərçəkən qismində iştirak edən AzTV-nin Xəbərlərində müxbir olaraq çalışan Vəfa Ağabalayeva dəfələrlə bildirib ki, “bu işin arxasında AzTV-nin sədri Rövşən Məmmədov dayanır və ona görə də iş Prezident Administrasiyasının nəzarətindədir”. Bütün bu bəyanatlar və təzyiqlər nəticəsində proses küllü miqdarda pozuntularla keçirilib və nəticədə zərərçəkənin iddiaları sübuta yetirilməsə də müttəhim Yusif Şəfiyev 7 il 6 ay azadlıqdan məhrum edilib”.

Yusifin ailəsi böyük inamla məsələyə Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmasına ümid bəsləyirdilər. Lakin atasının dediyinə görə, hazırda proseslər əvvəlki instansiyada getdiyi prosesə bənzəməyə başlayır. Düşünürəm ki, proses ədalətli gedəcəyi təqdirdə ictimaiyyətdən gizlədiləsi bir şey olmayacaq. Qapalı proses isə yenə pozuntuların baş verəcəyi və haqsızlığın törədilməsinə şərait yaradacaq, deyə onlar düşünür.

Elə bu səbəbdən Şəfiyevlər ailəsi Dövlət Başçısına, əlaqədar qurumların rəhbərlətinə və ictimaiyyətin nümayəndələrinə müraciət edərək, prosesin açıq və istintaq aparılmaqla keçirilməsinin təminatını istəyirlər.

Bənzər yazılar

Back to top button