Bizim seçimMədəniyyətSiyasət

Rütbəcə polis olan azərbaycanlı məşhurlar (SİYAHI)

Azərbaycan polisinin 100 illiyidir.

AzToday.az big.az-a isrtinadən polis əməkdaşı olan məşhurların siyahısını təqdim edir:

Tanınmış idmançı Eduard Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantıdır. Kikboksinqlə məşğul olan E.Məmmədov müsahibələrinin birində bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub.

Əməkdar artist, tanınmış aktyor, “Planet Parni iz Baku” KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov polis orqanlarında çalışır. İmanov polis polkovnik-leytenantıdır.

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli də polis əməkdaşı olub. O, Polis Akademiyasını bitirib və DYP-də işləyərkən polis kapitanı rütbəsini daşıyıb. E.Məmmədli Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.

Tanınmış idmançımız Tural Bayramov da polis serjantıdır. O, kikboksinqlə məşğul olub.

Xalq artisti Azərin Silahlı Qüvvələrin baş leytenantı vəzifəsində çalışır.

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. O, 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.

Bənzər yazılar

Back to top button