Cəmiyyət

“HAMAM VƏ SAUNA QADAĞASI TƏCİLİ LƏĞV OLUNMALIDIR” – Professor

Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərar uyğun olaraq oktyabrın 1-dən Azərbaycand tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur.

Belə ki, bu gündən etibarən ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa olunur. Həmçinin şəhər və rayonlararası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib.

Bununla belə bəzi məhdiyyətlər və qadağalar qalır. Onlardan biri də hamamların və saunaların hələ də fəaliyyətinə icazə verilməməsidir. Əgər ölkədə bütün qapalı məkanların fəaliyyətinə icazə verilirsə, bu xidmət növünün qadağan olunması elmi baxımından nə dərəcə əsaslıdır?

Tibb elmləri doktoru, professor Musa Qəniyev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, bu məhdudiyyətin də aradan qaldırılması zəruridir. Onun sözlərinə görə, isti “quru” saunalarda temperatur 100 dərəcədən yüksək olur və bu şəraitdə oturub, nəfəs almaq, koronavirusun yuxarı tənəffüs yoluna tropluq göstərən istənilən ştammının məhvinə səbəb olmalıdır: “Odur ki, hamam və isti “quru” saunaların açılması virusdan qorunmanın nəinki həlledici şərtidir, həm də onunla mübarizədə ən yüksək müalicəvi vasitələrdən biridir. Burada digər, xüsusi əhəmiyyət kəsb edən məqam odur ki, son vaxtlar COVİD-19-un beyinə keçə bilməsi və ciddi meningial əlamətlər törədə bilməsi haqqında Avropa alimləri təşviş doğuran məlumatlar verirlər. Hətta vəziyyəti kafi qiymətləndirilən bəzi xəstələrin, klinik ağırlaşmalar olmadığı halda belə, qəfləti tənəffüs dayanmasından dünyalarını dəyişdiyi söylənilir. Təbii ki, mən bu halın elmi təhlili üzərində dayanmaq istəmirəm. Bu ayrıca mövzudur. Sadəcə bildirmək istəyirəm ki, COVİD-19 baş beyinə, yalnız öz başlanğıcını burunun ən yuxarı şöbəsi selekli epitel hüceyrələrinin iç qatında yerləşən qoxu siniri vasitəsilə daxil olur. Qoxu sinir lifinin ucunda neyropilin – 1 adlı, xüsusi zülal var. COVİD-19 ona birləşərək, qoxu sinirinə daxil olur və beyinə transformasiya olunur. “Quru” saunada temperatur 100 dərəcədən yüksək olduğu təqdirdə, burunla tənəffüs zamanı, neyropilin – 1 zülalının virusa bağlanan funksional aktiv nöqtəsi konfiqurasiya dəyişikliyinə məruz qaldığından, COVİD-19 ona bağlana bilmir. Digər tərəfdən, buruna daxil olan yüksək temperaturlu quru hava kütləsi, uzunmüddətli təmasda burunun selikli qişasında total sahədə lokalizasiya olunan termohəssas istənilən virusun, o cümlədən, COVİD-19-un inaktivləşməsi və ölümünə səbəb olur. Virusun ölümü və baş beyinə keçid qapısının bağlanmasının nəticəsi olaraq, COVİD-19-un baş beyinə daxil olasının mütləq şəkildə qarşısı alınır. Nəticədə, beyin toxumasında baş verə biləcək patoloji pozğunluq və destruktiv dəyişikliklərin arzuolunmaz fəsadlarının törənmə ehtimalı sıfırlanır”.

Professor qeyd edir ki, hamam və saunalarla bağlı qadağa təxirəsalınmadan ləğv edilməlidir. “Onun yubadılması yolverilməzdir. Təbii ki, bütün hallarda bu iaşə obyektlərinə nəzarət olunmalıdır. Ora yalnız və yalnız vaksin və ya immunitet sertifikatı olan şəxslər buraxılmalıdır”, – deyə M. Qəniyev əlavə edib.

Bənzər yazılar

Back to top button