Dünya

Blinken: “Putin təcavüzün davam etdirilməsinin mənasız olduğunu anlamalıdır”

Çərşənbə axşamı ABŞ dövlət katibi Konqresi prezident Baydenin Ukrayna üçün əlavə 24,1 milyard dollar maliyyələşdirmə tələbini “dərhal” qəbul etməyə çağırıb.

“Bizim səylərimiz və resurslarımız, eləcə də dünya üzrə müttəfiqlərin və tərəfdaşların səyləri və resursları ukraynalılara həyatları, azadlıqları və gələcəkləri üçün mübarizə aparmağa imkan verdi. Onlar beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün həyati əhəmiyyət kəsb edən əsas prinsiplərin – suverenliyin, ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasına kömək etdilər. Onlar Rusiyanın işğalının strateji uğursuzluq olaraq qalmasına zəmanət verirlər”, – deyə dövlət katibi Entoni Blinken brifinqdə jurnalistlərə bildirib.

Gələn həftə Rusiyanın genişmiqyaslı işğalından bir il yarım keçir – Blinkenin dediyi kimi, “il yarımsır Ukraynanın məktəb və xəstəxanaları bombalanır, ərzaq və yanacaqdan silah kimi istifadə edilir, minlərlə ukraynalı öldürülür və yaralanması və hətta ukraynalı uşaqları oğurlanır”.

ABŞ və onlarla başqa ölkə “Ukraynada ədalətli və davamlı sülh bərqərar olana qədər onları dəstəkləyəcək”, – dövlət katibi əlavə edib.

“Ukrayna aydın şəkildə başa düşməlidir ki, bizim dəstəyimiz və Ukraynaya qarşı oxşar öhdəliklər götürəcək bir çox digər ölkələrin dəstəyi aydın olmalıdır. Prezident Putin öz aqressiyasını davam etdirməyin mənasızlığını aydın başa düşməlidir”, – Blinken vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button