Messinin yaşadığı oteldə soyğun

by Aztoday Xəbər Portalı

PSJ-nin bu yay transfer etdiyi Lionel Messinin qaldığı oteldə böyük soyğun hadisəsi yaşanıb.

Qaynarinfo xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb. Belə ki, Messinin qaldığı “Le Royal Monceau” otelində soyğun hadisəsi olub. İddiaya görə argentinalı superulduzun otağının üstündəki digər otağın pəncərəsindən içəriyə daxil olan oğrular 3 min funt-sterlinq dəyəri olan qızıl üzüyü ələ keçiriblər. Bundan başqa 500 funt-sterlinq dəyərindəki sırğaları və iki min nağd pulu oğurlayıblar.

Soyulan adamın ərəbistanlı bir maliyyə müşaviri olduğu bildirilir.

Messi bu hadisədən sonra ailəsi ilə birlikdə yeni evə köçməyi qərara alıb.

Bənzər Yazılar